AZ

Premyer Liqa: “Sumqayıt” “Araz-Naxçıvan”ı xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün sonuncu oyununda “Sumqayıt” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutmuş görüşün baş hakimi Tural Qurbanov olub. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, daha öncə “Qarabağ” “İmişli”yə (2:0), “Neftçi” “Kəpəz”ə (5:1), “Turan Tovuz” “Şamaxı”ya (2:1) qalib gəlib, “Karvan” “Zirə”yə (2:3) uduzub. “Sabah” – “Qəbələ” oyunu sabah keçiriləcək.

Premyer Liqa
10-cu tur

2 noyabr

“Sumqayıt” – “Araz-Naxçıvan” 3:2
Qollar: Roi Kehat, 17; 78. Ronaldo Vaskes, 69 – Çarlz Boli, 41. Patrik Andrade, 51.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.

Sumqayıt: 1. Mehdi Cənnətov (k), 7. Rüstəm Əhmədzadə, 6. Rauf Rüstəmli, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 23. Ronaldo Vaskes, 95. Nsana Simon.
Baş məşqçi: Saşa İliç.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 16. Ramon Maçado, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
26
27
arena.az

10Mənbələr