AZ

“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atdı

Premyer Liqanın 2025/2026-cı illər mövsümünə uğursuz start vermiş “Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “ağ-qaralar” buna Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 10-cu turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etməklə nail olublar.

Bakı təmsilçisi cari mövsümdə çempionatdakı ilk böyükhesablı qələbəsini qazanıb.

Bu, “Neftçi”nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür.

Paytaxt klubu yalnız iki dəfə – 2009/2010-cu və 2015/2016-cı illər mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.

Xatırladaq ki, paytaxt təmsilçisi cari mövsümdə keçirdiyi 10 oyunda cəmi 3 qələbə qazanıb, 6 heç-heçə edib və 1 məğlubiyyətə üzülüb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
31
49
arena.az

10Mənbələr