AZ

Vensan Abubakar Nikolas Rayselin uğurunu təkrarladı

“Neftçi”nin futbolçusu Vensan Abubakar Azərbaycan çempionatlarının son 6 mövsümündə ilk iki matçı qolsuz tərk etməyən yeganə debütant olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, kamerunlu futbolçu bunu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 10-cu turunda “Kəpəz”lə görüşdə reallaşdırıb.

Debütündə ardıcıl 2 oyunda qol vurmuş hücumçu 9-cu turun “Qəbələ” (2:0) və 10-cu turun “Kəpəz”lə (5:1) matçlarında fərqlənib. Afrikalı forvard hər görüşdə 1 dəfə fərqlənib.

Turnirin tarixində sonuncu belə debüt 2019/2020-ci illər mövsümünə təsadüf edib. Nikolas Raysel “Qəbələ”yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. “Sabah”la “Səbail”in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşdə meydana sonradan çıxıb, digərində isə start heyətində yer alıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
24
5
arena.az

10Mənbələr