AZ

ÇL: “Araz-Naxçıvan”ın yer aldığı səbət müəyyənləşdi

“Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasından öncə yer aldığı səbət müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Reqlamentə əsasən, A yolunda mübarizə aparan və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar.

Noyabrın 6-da, Bakı vaxtı ilə saat 17:00-da 1/8 və 1/4 final mərhələlərini püşkü atılacaq. 1/8 final oyunları noyabrın 24-də və dekabrın 5-də, 1/4 final matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaqlar.

Bundan sonra “Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcəklər. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək.

A yolu, qrup qalibləri
“Kartaxena Kosta Kalida” (İspaniya)
“İlles Balears Palma” (İspaniya, ÇL-in son qalibi)
“Benfika” (Portuqaliya)
“Sportinq” (Portuqaliya)

A yolu, qrup ikinciləri
“Pyast” (Polşa)
“Etoile Lavalloise” (Fransa)
“Riqa” (Latviya)
“Kayrat” (Almatı, Qazaxıstan)

A yolu, qrup üçüncüləri
“Sportinq Anderlext” (Belçika)
“Semey” (Qazaxıstan)
“Luxol St. Andreus” (Malta)
“Priştina” (Kosovo)

B yolu, qrup qalibləri
AEK (Yunanıstan)
“Hyörrinq” (Danimarka)
“Araz-Naxçıvan” (Azərbaycan)
“Hit” (Kiyev, Ukrayna)

Qeyd edək ki, 7-ci qrupun qalibi kimi 1/8 finala vəsiqə qazanmış “Araz-Naxçıvan” ilk oyununu Bakıda keçirəcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
13
29
arena.az

10Mənbələr