Avstraliya 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini tam qadağan edən ilk ölkə oldu.
AzPost xəbər verir ki, qanuna əsasən, platformalar bu gündən etibarən yetkinlik yaşına çatmayan bütün istifadəçilərin hesablarını silməli və yeni qeydiyyatların qarşısını almalıdır.
Şərtlərə əməl etməyən şirkətləri 49,5 milyon dollara qədər cərimə gözləyir. Son həftələr azyaşlı istifadəçilər kütləvi şəkildə yaş təsdiqləmə prosesindən keçib, bir çoxlarının hesabları deaktiv edilməyə başlayıb.
Valideynlərin mövqeyi isə fərqlidir: bəziləri bu addımı uşaqları sosial şəbəkə asılılığından qorumaq üçün vacib hesab edir, digərləri isə övladlarının dostlarından təcrid olunacağını düşünərək narahatlıq keçirir. Bəzi valideynlər hətta uşaqlarına VPN və digər üsullarla yaş məhdudiyyətini keçməyi öyrətdiklərini etiraf ediblər.