AZ

Avstraliyada sosial şəbəkələrə yaş məhdudiyyəti

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Avstraliya dünyada ilk dəfə olaraq 16 yaşdan aşağı yeniyetmələrin sosial mediaya girişini qadağan edib.

Axşam.az xəbər verir ki, qanuna bu gecə qüvvəyə minib.

TikTok, Yutub da daxil olmaqla, 10 ən böyük platformada yetkinlik yaşına çatmayanlar üçün giriş məhdudlaşdırılacaq. Qaydaları pozan şirkətlərə 49,5 milyon Avstraliya dollarına qədər cərimə tətbiq oluna bilər.

Platformalar istifadəçilərin yaşını onların onlayn davranışı, selfi şəkilləri, eləcə də sənəd və bank hesabı məlumatlarının analizi ilə müəyyən edəcək. Qanunu bir çox valideyn dəstəkləsə də, bəzi gənclər bunun yeniyetmələrin psixoloji vəziyyətinə təsir edə biləcəyini düşünürlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
32
axsam.az

10Mənbələr