AZ

Avstraliyada sosial şəbəkələrlə bağlı qadağa qüvvəyə mindi

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun qüvvəyə minib.

Yeniavaz.com xəbər verir ki, bununla da Avstraliya dünyada 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə olub.

Avstraliya parlamenti tərəfindən 2024-cü ilin noyabrında qəbul edilən qanun bu gün qüvvəyə minib.

Digər şeylərlə yanaşı, gəncləri onlayn zorakılıqdan, dezinformasiyadan və qeyri-qanuni məzmundan qorumaq məqsədi daşıyan qadağa “TikTok”, “YouTube”, “Instagram”, “Snapchat”, “Facebook”, “Reddit”, “Threads”, “Twitch” və “X” daxil olmaqla əksər əsas platformalara təsir edəcək.

Qadağa “WhatsApp” messencerinə, e-poçt proqramlarına, onlayn oyunlara, həmçinin, təhsil layihələrinə şamil edilmir.

Avstraliyanın Baş naziri Entoni Albaneze jurnalistlərə bildirib ki, qanun uşaqların normal uşaqlıq dövrü keçirməsinə kömək edəcək və digər ölkələr üçün nümunə olacaq.

Qadağaya əməl edilməməsi 49,5 milyon Avstraliya dollarına qədər (təxminən 33 milyon ABŞ dolları və ya təxminən 30 milyon avro) cərimə ilə nəticələnəcək.

Yeni qanunvericilik yeniyetmələrə sosial media hesabları və səhifələr yaratmağı qadağan edir və yetkinlik yaşına çatmayanların mövcud hesablarının deaktiv edilməsini tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
32
yeniavaz.com

10Mənbələr