"Sumqayıt"ın qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, Saşa İliçin yetirmələri Misli Premyer Liqasında dekabrın 22-də baş tutacaq "Sabah"la oyundan sonra istirahətə buraxılacaq.
Kollektiv 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.
Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən "Limak" otelində məskunlaşacaq "gənclik şəhəri" təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın "Paksi", Serbiyanın "OFK Belqrad" və Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama oyunları keçirəcək.
Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
“Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir