AZ

“Sumqayıt” Antalyada 3 oyun keçirəcək

Yazını böyüt
Yazını kiçilt

“Sumqayıt” futbol klubunun qış hazırlıq planları bəlli olub.

“Gənclik şəhəri” təmsilçisindən hafta.az-a verilən məlumata görə, Saşa İliçin başçılıq etdiyi komanda dekabrın 22-də - “Sabah”la çempionat oyunundan sonra istirahətə buraxılacaq.

Kollektiv 2026-cı il yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dən 17-dək Lara bölgəsində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubları ilə yoxlama oyunları keçirəcək.

Seçilən
45
11
hafta.az

10Mənbələr