AZ

“Sumqayıt” qış hazırlıq planını açıqladı

“Sumqayıt”ın qış hazırlıq planları bəlli olub.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar" dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komanda yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dan 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Klub 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

Seçilən
34
10
football-plus.az

10Mənbələr