AZ

"Sumqayıt"ın qış hazırlıq planı bəlli oldu

“Sumqayıt” komandasının qış hazırlıq planları bəlli olub.

Sportal.az xəbər verir ki, Saşa İliçin yetirmələri Premyer Liqada dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq. Komanda 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

“Kimyaçılar” 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

saytlarin hazirlanmasi

Seçilən
41
10
sportal.az

10Mənbələr