AZ

“Sumqayıt”dan 3 seçim - Macarıstan, Serbiya və Xorvatiyadan

“Sumqayıt”ın qış hazırlıq planları bəlli olub.

Sportinfo.az xəbər verir ki, “kimyaçılar” dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komanda yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 3-dan 17-dək Lara bölgəsində üç yoxlama oyununda meydana çıxacaqlar..

9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcəklər.

Seçilən
12
1
sportinfo.az

10Mənbələr