AZ

Azər Bağırov: “Çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır” – ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov qış təlim-məşq toplanışı çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü “Kəpəz”in 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Mənim üçün maraqlı oyun alındı. Futbolçular yaxşı mübarizə apardılar. Baxmayaraq ki, səfərə gələn kimi oyuna çıxdıq. Akademiyadan da 5 oyunçunu yoxlamaq imkanımız oldu. Yaxşı təsir bağışladılar. İnanıram ki, gələcəkdə onlardan da əsas komandaya namizədlər olacaq. Veysəl Rzayev də ilk oyununa çıxdı və yaxşı təsir bağışladı. Bəli, çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır.

İki hissəli oyunda ilk onbirliyimizi meydana buraxmadıq. Fərqli hissələrdə təzyiq altında oynamalarını istədim. Əsas odur ki, matçı zədəsiz, itkisiz başa vurduq. Bir həftədir ki, məşqlərə başlamışıq. İnanıram ki, çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
48
8
arena.az

10Mənbələr