AZ

İcra başçısı 2025 ci ilin yekunları ilə bağlı hesabat verdi

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yanvarın 14-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 2025-ci ilin yekunları ilə bağlı geniş tərkibli hesabat iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, RİH Başçısı yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və rayon fəalları iştirak ediblər.

Əvvəlcə iclas iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.

onra Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında iclas öz işinə başlayıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iclası giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Daşkəsən rayonunda əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

İcra başçısı Orxan Abbasovun geniş nitqindən sonra məruzə ətrafında şəhid anaları Sevda Şıxıyeva, Aybəniz Abdullayeva, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev və digərləri çıxış ediblər, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər, qarşıda duran vəzifələrdən danışıblar.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov da çıxış edərək, 2025-ci ildə Daşkəsən rayonunda qazanılmış nailiyyətlər və cari ildə həlli vacib məsələlər barədə fikirlərini bildirib.

İclasın sonunda 2025-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənmiş bir qrup şəxsə Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
25
icma.az

10Mənbələr