AZ

Ağdaşda hesabat yığıncağı keçirildi Fotolar

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Yanvarın 15-də Ağdaş rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, Milli Məclisin deputatı Sahib Alıyev, rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının rayon şöbələrinin sədrləri, ağsaqqallar, şəhid ailələri, müharibə veteranları, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Orxan Hüseynzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin möhkəm təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla, ardıcıl və qətiyyətlə davam etdirilir. 

Hesabat məruzəsində qeyd olunub ki, 2025-ci ildə rayonda sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə sistemli və ardıcıl tədbirlər həyata keçirilib, dövlət proqramlarının icrası, Prezidentin fərman və sərəncamlarının yerinə yetirilməsi təmin edilib. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, mühəndis-kommunikasiya və yol infrastrukturunun yenilənməsi, həmçinin təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində saxlanılıb.

Eyni zamanda 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan əsas hədəflər və prioritet vəzifələr müəyyən edilib.

Müşfiq Osmanov və Sahib Alıyev çıxışlarında vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasəti milli maraqlara əsaslanaraq uğurla həyata keçirilir. Qeyd edilib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun və suverenliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Natiqlər həmçinin işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, Zəngəzur dəhlizi layihəsinin region üçün yaratdığı strateji imkanlardan bəhs edərək, bu uğurların Azərbaycanın artan beynəlxalq nüfuzunun və güclənən mövqeyinin bariz göstəricisi olduğunu bildiriblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Ağdaş Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
25
qafqazinfo.az

10Mənbələr