Tədbirdə Milli Məclisin deputatı Sabir Hacıyev, Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Müşfiq Osmanov, YAP rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və geniş rayon ictimaiyyəti iştirak edib.
RİH başçısı Orxan Mürsəlov 2025-ci ildə rayonda həyata keçirilmiş işlər barədə geniş məruzə ilə çıxış edib, qarşıda duran vəzifələrə dair məlumat verib.
Milli Məclisin deputatı Sabir Hacıyev və Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Müşfiq Osmanov da öz çıxışlarında ölkəmizdə sosial-iqtisadi və ictimai-siyasi sahədə aparılan genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat veriblər.
Rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxs RİH başçısının Fəxri Fərmanı ilə təltif olunub.