Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Gədəbəy rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək dahi liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayonda fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri və kənd təsərrüfatı məhsullarından təşkil edilmiş sərgiyə baxış keçirilib, rayonun sosial-iqtisadi göstəriciləri təqdim edilib.
Rayonun hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə, təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məlumat verib.
Daha sonra Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, rayon prokuroru Kamal Əhmədov, şəhid atası Şahlar Hacıyev, rayon ziyalısı Tofiq Mirzəyev çıxış edib və tədbir iştirakçıları tərəfindən rayonun sosial-iqtisadi inkişafı ilə bağlı təkliflər dinlənilib.
Tədbirin sonunda rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.