Yanvarın 15-də Ağdaş rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Bizim.Media xəbər verir ki, Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, Milli Məclisin deputatı Sahib Alıyev, rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının rayon şöbələrinin sədrləri, ağsaqqallar, şəhid ailələri, müharibə veteranları, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan öncə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin möhkəm təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu siyasi kurs bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, ardıcıl və qətiyyətlə davam etdirilir.
Hesabat məruzəsində qeyd olunub ki, 2025-ci ildə rayonda sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, dövlət proqramlarının icrası, Prezidentin fərman və sərəncamlarının yerinə yetirilməsi təmin edilmişdir. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, mühəndis-kommunikasiya və yol infrastrukturunun yenilənməsi, həmçinin təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda 2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan əsas hədəflər və prioritet vəzifələr müəyyən edilmişdir.
Məruzə ətrafında çıxış edən şəhid atası, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri ağdaşlılara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, qarşıda duran vəzifələr və
görüləcək işlər barədə fikirlərini bölüşüblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov və Milli Məclisin deputatı Sahib Alıyev çıxışlarında vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasəti milli maraqlara əsaslanaraq uğurla həyata keçirilir. Qeyd edilib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun və suverenliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Natiqlər həmçinin işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, Zəngəzur dəhlizi layihəsinin region üçün yaratdığı strateji imkanlardan bəhs edərək, bu uğurların Azərbaycanın artan beynəlxalq nüfuzunun və güclənən mövqeyinin bariz göstəricisi olduğunu bildiriblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Ağdaş Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.















Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta