AZ

“Sumqayıt” “Osiyek”ə məğlub oldu – ARENA.AZ

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” komandası bu gün növbəti yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda üçüncü sınağında Xorvatiyanın “Osiyek” kollektivi ilə qarşılaşıb.

“Gənclik şəhəri” təmsilçisi bu oyunda 0:2 hesabı ilə məğlub olub. Beləliklə, sözügedən komanda keçirdiyi hər üç oyunu və Antalya toplanışını məğlubiyyətlə başa vurmuş olub.

Xatırladaq ki, Saşa İliçin rəhbərlik etdiyi kollektiv Antalyadakı ilk yoxlama matçında Macarıstanın “Pakş” komandasına biabırçı hesabla məğlub olmuşdu – 1:5. Serbiyanın OFK (Belqrad) komandası ilə görüşdə də 1:4 hesablı məğlubiyyət qeydə alınmışdı.

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümü çərçivəsində keçirdiyi 16 oyunda 27 xal toplayıb və yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda 16 oyunda 8 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
7
9
arena.az

10Mənbələr