Bu gün “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Frankfurt “Ayntraxt”ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadonunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” son – 8-ci turda səfərdə “Liverpul”la qarşılaşacaq (29 yanvar).
Çempionlar Liqası, Liqa mərhələsi, 7-ci tur
21:45.”Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Frankfurt, Almaniya)
Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə)
VAR: Fedayi San (İsveçrə)
AVAR: Lukas Fendrix (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu