Ukrayna millisinin və Türkiyənin “Trabzonspor” klubunun hücumçusu Danilo Sikan bundan sonra “Anderlext”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı forvardla müqavilənin müddəti 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulub. Belçika klubu bu keçid üçün Trabzon təmsilçisinə 4 milyon avro ödəyib.
Xatırladaq ki, Danilo Sikan ötən mövsümün ortasında Donetsk “Şaxtyor”un 6 milyon avro müqabilində “Trabzonspor”a keçmişdi. O, Türkiyə klubunun heyətində meydana çıxdığı 34 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sikan daha öncə “Şaxtyor” (Donetsk), “Mariupol”, “Hanza Rostok”, “Karpatı Lvov” kimi klubların da formasını geyinib. O, 2021-ci ildə debüt etdiyi Ukrayna yığmasının heyətində 7 oyuna 1 qol vurub.
