Rusiya dondurulmuş aktivlərindən 1 milyard dolları Qəzza üzrə Sülh Şurasına ayıra bilər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi zamanı deyib.
"Hətta indi, Sülh Şurasının tərkibində və işində iştirakla bağlı məsələmiz həll olunmazdan əvvəl belə, Rusiyanın Fələstin xalqı ilə xüsusi münasibətlərini nəzərə alaraq, düşünürəm ki, əvvəlki ABŞ administrasiyası dövründə dondurulmuş Rusiya aktivlərindən Sülh Şurasına 1 milyard ABŞ dolları ayıra bilərdik", - deyə Putin əlavə edib.