AZ

Putindən Trampın dəvətinə qeyri-adi cavab

Rusiya ABŞ Prezidenti Donald Trampdan Sülh Şurası təşəbbüsünə qoşulmağa dəvət alıb.

Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə deyib.

Putin Rusiyanın əvvəlki ABŞ administrasiyası dövründə dondurulmuş aktivlərindən 1 milyard dolları Sülh Şurasına göndərməyə hazır olduğunu da açıqlayıb:

"Belə bir qərar təşəbbüsün beynəlxalq xarakteri və Moskvanın qlobal sabitliyin gücləndirilməsindəki marağı nəzərə alınmaqla verilə bilər. ABŞ-ın təşəbbüsü, ilk növbədə, Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, kəskin beynəlxalq böhranların həll yollarını tapmağa yönəlib. Rusiya ənənəvi olaraq beynəlxalq vəziyyətin sabitləşdirilməsinə yönəlmiş səyləri dəstəkləyir. Rusiyanın Sülh Şurasında iştirakı ilə bağlı yekun qərar hələ verilməyib. Müvafiq göstəriş Rusiya Xarici İşlər Nazirliyinə verilib. Yalnız Xarici İşlər Nazirliyi alınan sənədləri nəzərdən keçirdikdən və strateji tərəfdaşlarımızla məsləhətləşdikdən sonra bizə göndərilən dəvətə cavab verə biləcəyik”.

Seçilən
36
12
ulusum.az

10Mənbələr