AZ

Putindən Trampa: Həmin puldan 1 milyard dollar ayıra bilərik

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Qəzza Sülh Şurasında iştirak dəvətinin nəzərdən keçirildiyini bildirib.

Publika.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə onlayn görüşdə çıxış edən Putin dəvətinə görə Trampa təşəkkür edib.

"Sülh Şurasında iştirakla bağlı qərar qəbul edilməzdən əvvəl belə, əvvəlki ABŞ administrasiyası dövründə dondurulmuş Rusiya aktivlərindən Şuraya 1 milyard dollar ayıra bilərik. Biz beynəlxalq sabitliyin möhkəmləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləmişik və buna davam edəcəyik", - deyə Putin vurğulayıb.

O, ABŞ-ın Ukrayna böhranına həll yolu tapmaq səylərindən məmnunluğunu da ifadə edib. Qeyd edib ki, Qəzza Sülh Şurasında iştirakla bağlı yekun qərardan əvvəl Xarici İşlər Nazirliyi dəvətlə bağlı sənədləri nəzərdən keçirərək strateji tərəfdaşlarla məsləhətləşəcək.

Seçilən
49
12
publika.az

10Mənbələr