AZ

Putindən Trampın Sülh Şurasına dəvətinə reaksiya


Rusiya Prezidenti Vladimir Putin Trampdan Sülh Şurasına qoşulmaq üçün şəxsi dəvət aldığını bildirib.
Yeniavaz.com
TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə bildirib.
Putin təklifə görə Trampa təşəkkür edərək, Rusiyanın Sülh Şurasında iştirakı ilə bağlı yekun qərarın verilmədiyini qeyd edib.
O, Xarici İşlər Nazirliyinə təklifi öyrənməyi, tərəfdaşlarla məsləhətləşmələr aparmağı və bundan sonra cavab verməyi tapşırdığını bildirib.
“Yalnız Xarici İşlər Nazirliyi alınan sənədləri nəzərdən keçirdikdən və strateji tərəfdaşlarımızla məsləhətləşmələr apardıqdan sonra bizə göndərilən dəvətə cavab verə biləcəyik”, - deyə prezident qeyd edib.
Putin hesab edir ki, əsas məsələ Qəzza prosesinin Yaxın Şərq münaqişəsinin həllinə müsbət təsir göstərməsidir.
Onun sözlərinə görə, Rusiya ABŞ-də dondurulmuş vəsaitlərdən Sülh Şurasına 1 milyard dollar göndərməyə hazırdır.
Seçilən
49
12
yeniavaz.com

10Mənbələr