AZ

Putin 1 milyard dollar verməyə hazırdı

Rusiya Prezidenti Vladimir Putin Trampdan "Sülh Şurasına" dəvətnamə ilə bağlı şəxsi mesaj aldığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə TASS-ın məlumatında qeyd edilib.

O, Xarici İşlər Nazirliyinə təklifi öyrənməyi, tərəfdaşlarla məsləhətləşmələri və bundan sonra Rusiya Federasiyasının cavab verməsini tapşırıb.

Putin Qəzza prosesinin Yaxın Şərq münaqişəsinin həllinə müsbət təsir göstərməsini vacib hesab edir.

Onun sözlərinə görə, Rusiya Federasiyası ABŞ-da dondurulmuş vəsaitlər arasından "Sülh Şurasına" 1 milyard dollar göndərməyə hazırdır.

O əlavə edib ki, Rusiya Ukrayna ilə müharibədən sonra ərazilərin bərpası üçün Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadəni ABŞ ilə müzakirə edir və 22 yanvarda Uitkoff və Kuşnerlə əlaqə saxlamağı planlaşdırdığını təsdiqləyib.

Seçilən
60
12
modern.az

10Mənbələr