“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 0:0.
Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komandanı bu gün göstərdikləri gözəl oyuna görə təbrik etmək istəyirəm. Baxımlı futbol alındı. Milli matçlara görə yaranmış fasilədən sonra oynamaq təbii ki, bir qədər çətin idi. Buna baxmayaraq, yaxşı oyun alındığını düşünürəm. İkinci hissənin ikinci yarısından sonra daha yaxşı çıxış etdiyimizi qeyd edə bilərəm. Hər iki komandanın şansları oldu. Cavab oyunu da maraqlı keçəcək. Amma hələlik kubok matçını unudub, çempionat oyunlarına köklənməliyik.
İlk hissədə hesabı açsaq da, sonradan 2 qol buraxdıq. Rəqibin bizə göstərdiyi təzyiq çox yaxşı idi. Həddindən artıq ucuz toplar itirdik. Əvvəlki oyunlarda qurduğumuz kombinasiyalardan bu matçda istifadə edə bilmədik. Bu, ikinci hissənin əvvəllində özünü daha qabarıq göstərdi. Fasilədən dönməyimiz əsas amillərdən hesab oluna bilər. Qarşıdakı oyunlarda bunu aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.
Rəhman Daşdəmirov bizim üçün önəmli futbolçudur. Bilirsiniz ki, Rəhman iki mövqedə oynaya bilən müdafiəçidir. İnanıram ki, hər bir futbolçum daha çox oyunda olmağa layiqdir. Bu gün onun çıxışından razı qaldım.
Mən hazırda avrokuboklar barədə düşünmürəm. Onu deyə bilərəm ki, “Sabah” çox özəl klubdur. Bizim çox yaxşı idarəetməmiz var. Mən transferlər barədə heç narahat deyiləm. Skaut komandamız daim axtarışdadır. Onların işinə güvənirəm. Aleksey Kaşukla bağlı yayılan xəbərlər isə şayiədir. Təbii ki, çempionatda oynayan yerli futbolçular daim nəzarətimizdədir. Onlar daim klubların döyünən ürəyi olacaq”.
