AZ

Gəncədə cüdo üzrə Avropa Kubokuna start verilir

Yazını böyüt
Yazını kiçilt

Bu gün Gəncə şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku start götürür.

Hafta.az xəbər verir ki, Azərbaycan yarışda 127 idmançı (92 oğlan, 35 qız) ilə təmsil olunacaq.

Beynəlxalq turnirdə 10 ölkədən 180 oğlan və 89 qız olmaqla, ümumilikdə 269 cüdoçu 16 çəki dərəcəsində mübarizə aparacaq.

Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları da iştirak edəcəklər.

Qeyd edək ki, Gəncə İdman Sarayında gerçəkləşəcək Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Seçilən
3
8
hafta.az

10Mənbələr