AZ

Avropa Kuboku: Azərbaycanın yeniyetmə cüdoçuları ilk gündə 13 medal qazanıblar

Fanat saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunun ilk gününü 13 medalla başa vurublar.

Fanat.Az xəbər verir ki, onlardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürünc əyarlıdır.

Rza Xəlilov (55 kq) qızıl, İbrahim Talıbov, (55 kq), Fərid Rzazadə (50 kq), Fatimə Fərmanzadə (48 kq), İlkin Qarayev (66 kq) gümüş mükafata sahib çıxıblar.

Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq), Sənan Piriyev (66 kq), Sunay Salamova (40 kq), Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (48 kq), Zəhra Mövlamverdiyeva ilə Nərgiz Ağamirzəzadə (hər ikisi 52) bürünc medal qazanıblar.

Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunan Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
50
fanat.az

10Mənbələr