AZ

İlk yarış günü 13 medal

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Aprelin 4-də Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna  start verilib.

Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq turnirin ilk günündə 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

Azərbaycan cüdoçuları günü 1 qızıl, 4 gümüş və 8 bürünc olmaqla ümumilikdə 13 medalla başa vurublar.

Rza Xəlilli (55 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fatimə Fərmanzadə (48 kq), Fərid Rzazadə (50 kq), İbrahim Talıbov (55 kq) və İlkin Qarayev (66 kq) yarışı gümüş medalla tamamlayıblar. Sunay Salamova (40 kq), Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), Zəhra Mövləmverdiyeva və Nərmin Ağamirzəzadə (hər ikisi 52 kq), Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq) və Sənan Piriyev (-66 kq) isə bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, yarışa sabah daha 8 çəki dərəcəsində keçiriləcək görüşlərlə yekun vurulacaq.

Qabil YUSİFOĞLU

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
37
xalqqazeti.az

10Mənbələr