Bakı. Trend:
Gəncədə cüdo üzrə yeniyetmələr arasında keçirilən AvropaKubokunun ilk günü başa çatıb.
Trend xəbər verir ki, ilkgündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar 40, 44, 48 və 52kiloqram çəki dərəcələrində mübarizə aparıblar.
Azərbaycan təmsilçiləri 1-i qızıl, 4-ü gümüş, 8-i bürüncolmaqla, ümumilikdə 13 medal qazanıblar.
Rza Xəlilov (55 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinəqalxıb. Yalnız finalda məğlub olan İbrahim Talıbov, (55 kiloqram),Fərid Rzazadə (50 kiloqram), Fatimə Fərmanzadə (48 kiloqram), İlkinQarayev (66 kiloqram) ikinci yeri tutublar.
Fərid Xudiyev (55 kiloqram), Mehman Əsgərov (60 kiloqram), SənanPiriyev (66 kiloqram), Sunay Salamova (40 kiloqram), FatiməAbdullayeva (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), ZəhraMövlamverdiyeva ilə Nərgiz Ağamirzəzadə (hər ikisi 52 kiloqram) isəbürünc medala sahib çıxıblar.
Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalqyarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirakedir.
Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.