AZ

Pakistandan kritik çağırış: Trampdan İran üçün 2 həftəlik vaxt istənildi KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pakistanın Baş naziri Şahbaz Şərif regionda genişmiqyaslı müharibənin qarşısını almaq məqsədilə ABŞ Prezidenti Donald Trampa müraciət edərək İrana qoyulan ultimatumun müddətini uzatmağı xahiş edib.

KONKRET.az xəbər verir ki, Şahbaz Şərif diplomatiyaya son şans verilməsi üçün Trampdan möhləti daha iki həftə artırmağı səmimi şəkildə xahiş etdiyini bildirib.

“Pakistan bütün qəlbi ilə iranlı qardaşlarından xoş məramın göstəricisi olaraq Hörmüz boğazını müvafiq iki həftəlik müddətə açmağı xahiş edir,” – deyə Baş nazir vurğulayıb. O, həmçinin bütün münaqişə tərəflərini iki həftəlik ümumi atəşkəs rejiminə əməl etməyə çağırıb ki, diplomatik səylər regionda uzunmüddətli sülh və sabitliyi təmin edə bilsin.

Natiq Səlim,

KONRKET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
24
konkret.az

10Mənbələr