Pakistanın Baş naziri Şahbaz Şərif Yaxın Şərqdə davam edən münaqişənin dayandırılması məqsədilə ABŞ və İran rəhbərliyinə konkret təkliflərlə müraciət edib.
Hökümət başçısı bu barədə sosial şəbəkədə paylaşım edib.
Şərif diplomatik səylərin nəticə vermə potensialının yüksək olduğunu bildirərək, Donald Tramp tərəfindən İran üçün müəyyən edilmiş son müddətin iki həftə uzadılmasına çağırıb. O, eyni zamanda İranı xoşməramlı addım kimi Hörmüz boğazını həmin müddət ərzində açmağa dəvət edib.
Baş nazir bütün tərəfləri diplomatik prosesə imkan yaratmaq üçün dərhal atəşkəs elan etməyə çağırıb.
Məlumata görə, Pakistan artıq münaqişənin həlli üçün iki mərhələli plan təqdim edib. Təklifə əsasən, ilk mərhələdə dərhal atəşkəsin elan olunması və Hörmüz boğazının açılması, ikinci mərhələdə isə 15–20 gün ərzində hərtərəfli sülh sazişinin imzalanması nəzərdə tutulur.