Oxu.az saytına istinadən ain.az xəbər verir.
"Pakistan ABŞ Prezidenti Donald Trampdan İran üçün nəzərdə tutulmuş ultimatumun müddətini iki həftə uzatmağa çağırır. Tehran isə bu müddət ərzində xoşməramlı jest olaraq Hörmüz boğazını açmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkə hesabında bəyan edib.
"Həmçinin biz bütün döyüşən tərəfləri iki həftə ərzində hər yerdə atəşkəs rejiminə riayət etməyə səsləyirik ki, diplomatiya vasitəsilə müharibənin tamamilə başa çatmasına nail olunsun", - deyə o yazıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.