Ağdaşda usta işlədiyi binadan yıxılaraq ölüb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki,hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki,1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon mədəniyyət evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb.
Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.