AZ

Ağdaşda usta binadan yıxılaraq öldü

Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon mədəniyyət evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan usta yaralı hadisə yerində həyatını itirib.

Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Seçilən
38
8
yenisabah.az

10Mənbələr