BAKI, 30 iyun. TELEQRAF
Nəzarət tədbirləri çərçivəsində 639 kq soğan halqası məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində patogen bakteriya (Listeria monocytogenes) aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, məhsul “Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olub.
Qeyd edilib ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.