“Liverpul”un hücumçusu Darvin Nunyes karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək imkanları ilə maraqlanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçunu Yaxın Şərqə köçmək perspektivi cəlb edir.
Lakin “Liverpul” onu qış transfer pəncərəsində Səudiyyə Ərəbistanı çempionatına buraxmayanda oyunçu narazı qalıb.
Hazırda “Əl-Hilal” Nunyesə əsas namizədlərdən biri hesab olunur.