AZ

Mahir yeni mövsümdə ilk qolunu vurdu - Yenilənir

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” Almaniya kubokunda mübarizəyə başlayır.

“Qafqazinfo” xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi “Ayntraxt 1949”un qonağı olacaq.

Oyun Bakı vaxtı ilə 17:30-da başlayacaq. Artıq matçın heyətləri açıqlanıb. Mahir start heyətdə yer alıb.

Qeyd edək ki, “Kayzerslautern” 1990 və 1996-cı illərdə  Almaniya kubokunu qazanıb.

***

Mahir Emreli 15-ci dəqiqədə fərqlənib. Onun vurduğu qolla komandası 2:0 hesabı ilə irəli keçib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qoludur.

Seçilən
19
50
qafqazinfo.az

10Mənbələr