Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.
“Palms Sports Arena”da (“Neftçi Arena”) gerçəkləşən qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. Bir gün əvvəl keçirilmiş "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında açılış oyununda qalib müəyyənləşməyib - 1:1.
Rizvan CƏFƏROV,
“Azərbaycan”