AZ

Premyer Liqa: "Sumqayıt"yeni mövsümə qələbə ilə başlayıb

Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"lə üz-üzə gəlib.

Sumqayıt şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi bitib.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Rüstəm Əhmədzadə (14), Aleksandr Ramalinqom (26) və Aleksa Yankoviç (36) fərqləniblər.

Qeyd edək ki, daha əvvəlki matçlarda “Turan Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.

"Zirə" - "Araz-Naxçıvan" oyunu avqustun 19-da keçiriləcək.

"Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
106
38
azerbaijan-news.az

10Mənbələr