AZ

Kapitan: “Qarşımıza böyük hədəf qoyulub”

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının I turunda “İmişli”yə qalib gəlib.

Tovuz təmsilçisinin futbolçusu Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi:

“Çətin oyun olacağını bilirdik. İlk matç idi və çətinliklər normaldır. Oyundan oyuna daha yaxşı olmağa çalışacağıq. Əsas hər matçda mübarizə aparıb, qələbə qazanmağa çalışmaqdır”.

Hacıyev oyuna kapitan sarğısında çıxıb. O, bununla bağlı hisslərini bölüşdü:

“Kapitanlıq böyük sevinc və qürurdur. Mənə inanan məşqçilər heyətinə təşəkkür edirəm”.

Cinah müdafiəçisi klubun hədəflərini söylədi:

“Qarşımıza böyük hədəf qoyulub. Bu, bizə əlavə təzyiq yaratmır. Əksinə, motivasiyadır. Hər oyun diqqətli və məsuliyyətli olmalıyıq”.

Kapitan komanda yoldaşı Veysəl Rzayevlə azarkeşlər arasında olan problemə toxundu:

“Futbolda belə hallar olur. Biz bir ailəyik. Bu məsələni də ən yaxşı şəkildə yoluna qoyub, davam edəcəyik”.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
4
futbolpress.az

10Mənbələr