AZ

“Milan” Nikola Ceksonu transfer etməyə hazırlaşır

İngiltərənin “Çelsi” klubunun hücumçusu Nikola Cekson karyerasını İtaliyanın “Milan” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya nəhəngi seneqallı futbolçunu heyətinə qatmağı ciddi şəkildə nəzərdən keçirir.

“Rossoneri”lər artıq 24 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

Lakin futbolçunun yüksək transfer qiyməti maneə törədə bilər, “Milan” rəhbərliyi isə hər iki tərəfi qane edəcək razılaşma axtarır.

Klub həmçinin "Yuventus"dan Duşan Vlahoviç və “Mançester Yunayted”dən Rasmus Hoylundu da transfer siyahısında saxlayır.

"Transfermarkt" portalına görə, Ceksonun bazar qiyməti 50 milyon avrodur. “Çelsi” isə futbolçunu satmağa hazırdır.

Seçilən
82
26
90deqiqe.az

10Mənbələr