AZ

Lənkəranda yol qəzasında 61 yaşlı velosipedçi ağır xəsarət aldı

LƏNKƏRAN, 21 oktyabr. TELEQRAF

Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində 61 yaşlı velosipedçi ağır xəsarət alıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza rayonun Vel kəndi ərazisində baş verib.

Hərəkətdə olan avtomobil Lənkəran rayonunun Xolmili kənd sakini, 1964-cü il təvəllüdlü Rəfail İlyas oğlu İmanovu vurub.

Ağır bədən xəsarətləri alan velosipedçi Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər ona dəqiqləşdirilməmiş kəllə-beyin travması, dəqiqləşdirilməmiş koma və bədənin bir neçə nahiyəsində açıq yaralar diaqnozu qoyublar.

O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
74
8
teleqraf.com

10Mənbələr