AZ

“Sumqayıt” Azərbaycan Kubokunda 50-ci qoluna sevindi

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Zaqatala” ilə oyununda vurulmuş 2-ci qol “Sumqayıt” üçün əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

“Gənclik şəhəri” təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub. Yubiley topuna Nihat Əhmədzadə imza atıb. Sumqayıtın eyniadlı klubu 3:0 hesablı qələbə ilə 41-ci oyununda qol sayını 51-ə yüksəldib.

Evdə 19, səfərdə 31, neytral meydanda 1 dəfə fərqlənmiş “Sumqayıt” turnirin tarixində 50 və daha çox qol vuran 20-ci komandadır. Klub tarixində kubokdakı ilk qol isə 2011/2012-ci illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində baş tutmuş “Lokomotiv”lə (Bakı) səfər matçında (2:0) vurulub.

Qeyd edək ki, sumqayıtlılar 1/8 finalda “Difai” ilə qarşılaşacaqlar.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
52
34
arena.az

10Mənbələr