AZ

"Sumqayıt"ın qış hazırlıq planı və yoxlama oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşdi

"Sumqayıt" komandasının qış hazırlıq planları bəlli olub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Saşa İliçin yetirmələri Misli Premyer Liqasında dekabrın 22-də baş tutacaq "Sabah"la oyundan sonra istirahətə buraxılacaq.

Kollektiv 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən "Limak" otelində məskunlaşacaq "gənclik şəhəri" təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın "Paksi", Serbiyanın "OFK Belqrad" və Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama oyunları keçirəcək.

Seçilən
85
10
fanat.az

10Mənbələr