“Sumqayıt”ın qış hazırlıq planı bəlli olub.
Msport.az xəbər verir ki, Saşa İliçin yetirmələri Premyer Liqada dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.
Kollektiv 2026-cı il yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın OFK (Belqrad) və Xorvatiyanın “Osiyek” klubları ilə yoxlama oyunları keçirəcək.