AZ

Tusk: Avropa liderləri Tramp–Zelenski görüşündən sonra yenidən görüşəcəklər

Bakı, 28 dekabr, AZƏRTAC

Avropa liderləri ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında dekabrın 28-də Floridada keçiriləcək görüşdən sonra Ukrayna məsələsinə dair əlavə bir görüş keçirməyi planlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk X sosial şəbəkəsində paylaşım edib.

“Görüşdən sonra müzakirələri davam etdirəcəyik”, – deyə Tusk yazıb.

O, həmçinin bildirib ki, bu gün baş tutan telefon danışıqları zamanı Avropa liderləri sülh yolu ilə nizamlanmada əsas məsələnin Kiyev üçün təhlükəsizlik zəmanətləri olacağı qənaətinə gəliblər.

Ağ Evin açıqladığı cədvələ əsasən, Donald Tramp Volodimir Zelenski ilə dekabrın 28-də yerli vaxtla saat 15:00-da Florida ştatının Palm-Biç şəhərində görüşəcək. Görüş Trampın həftə sonlarını keçirdiyi şəxsi iqamətgahı olan Mar-a-Laqo kurortunun yaxınlığında baş tutacaq.

Seçilən
81
15
azertag.az

10Mənbələr