AZ

“Fənərbağça” Türkiyə Super Kubokunun finalında! – ARENA.AZ

“Fənərbağça” futbol üzrə Türkiyə Super Kubokunun 2025-ci il mövsümünün həlledici oyununda əzəli rəqibi “Qalatasaray”a rəqib olub.

Arena.az xəbər verir ki, bu gün yarımfinalın sonuncu qarşılaşması baş tutub.

İstanbul nəhəngi finala vəsiqə uğrunda “Samsunspor”la qarşılaşıb. İki qolun qeydə alındığı oyunda “Fənər” inamlı hesabla qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Xatırladaq ki, daha öncə keçirilmiş ilk yarımfinal görüşündə “Qalatasaray” “Trabzonspor”u böyük hesabla məğlub edərək finalda iştirak hüququ qazanmışdı.

Qeyd edək ki, Türkiyə Super Kubokunun həlledici oyunu yanvarın 10-da keçiriləcək.

Türkiyə Super Kuboku
Yarımfinal
5 yanvar

Qalatasaray – Trabzonspor 4:1
Qollar: B.A.Yılmaz, 38. E.Elmalı, 45+3. Y.Akgün, 63. M.İkardi, 81 – F.Auqusto, 55.

6 yanvar

Fənərbağça – Samsunspor 2:0
Qollar: K.Aktürkoğlu, 4. C.Duran, 67.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
35
13
arena.az

10Mənbələr