AZ

Luis Enrike üçün PSJ-də 100-cü qələbə! – ARENA.AZ

Fransa Liqa 1-in 18-ci turunda doğma meydanda “Lill”ə qarşı keçirdikləri oyun PSJ-nin baş məşqçisi Luis Enrike üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Paris təmsilçisi bu oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Bu, PSJ-nin Enrikenin rəhbərliyi altında 100-cü qələbəsi kimi tarixə düşüb. Oyundan sonra danışan ispan mütəxəssis nəticəni belə dəyərləndirib: “100 qələbə pis deyil. Bu tempdə davam etməliyik. Min qələbə istərdim, amma hələ buna çox var”.

Xatırladaq ki, Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. O, Paris təmsilçisini indiyə qədər ümumilikdə 47 oyuna çıxarıb. Parislilər 104 qələbə qazanıblar, 23 heç-heçə ediblər və 20 oyunda məğlubiyyətə üzülüblər, top fərqi isə 378:149 nisbətindədir.

Luis Enrike PSJ ilə 2023/2024-cü illər mövsümündə “qızıl üçlük” əldə edib – Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub. 2024/2025-ci illər mövsümündə isə o, Fransa Kubokunun, Fransa Super Kubokunun ikiqat qalibi adını qazanıb, Fransa çempionu, ən əsası – UEFA Çempionlar Liqasının qalibi olub. Təcrübəli mütəxəssis 2025-ci ildə PSJ ilə UEFA Super Kubokuna da sahib çıxıb.

Enrike PSJ-dən əvvəl İtaliyanın “Roma”, İspaniyanın “Selta” və “Barselona” komandalarını çalışdırıb. O, “Barselona” ilə 2 dəfə İspaniya çempionu olub, 3 dəfə İspaniya Kubokunu qazanıb, 2015-ci ildə komanda həmçinin UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FİFA Klub Dünya Kubokunun qalibi olub. Təcrübəli mütəxəssis 2018-2022-ci illərdə 2019-cu ildəki fasilə ilə İspaniya millisinə başçılıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
11
arena.az

10Mənbələr